"Krasnodar" evdə, "Zalsburq" səfərdə qazandı, "Slaviya” yox

23 Sentyabr 2020 00:56 Çempionlar Liqası 640
"Krasnodar" evdə, "Zalsburq" səfərdə qazandı, "Slaviya” yox

Çempionlar Liqasında pley-off mərhələsi start götürüb.

bu gün üç cütdə ilk görüşlər baş tutub.

“Krasnodar” öz meydanında PAOK üzərində minimal fərqlə qalib gəlib. Rusiya klubundan fərqli olaraq, Təl-Əviv “Makkabi”si İsraildə “Zalsburq”a eyni hesabla məğlub olub. “Slaviya” ilə “Midtülland” arasında Çexiyada keçirilən qarşılaşmada isə qolsuz bərabərlik qeydə alınıb.

Mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Əvvəlki mərhələlər bir qarşılaşmadan ibarət idisə, bu dəfə rəqiblər ardıcıl iki həftə ərzində üz-üzə gələcək. Cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.

“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) 2:1
Klaesson, 39 (pen.), Kabelya, 70 - Pelkas, 32
“Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya) 1:2
Biton, 9 - Şoboşlay, 49 (pen.), Okuqava, 57
"Slaviya” (Çexiya) - “Midtülland” (Danimarka) 0:0

Digər Xəbərlər
Xəbər Lenti