"Messi dünyanın ən yaxşı oyunçusu ilə qarşılaşacaq"

11 Avqust 2020 19:45 Çempionlar Liqası 1 441
"Messi dünyanın ən yaxşı oyunçusu ilə qarşılaşacaq"

"Bavariya"nın sabiq futbolçusu Lotar Matteus komandanın Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə qarşılaşacağı matçla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, görüş öncəsi Münhen klubunun hücumçusu Robert Levandovskini fərqləndirib:

"Messi dünyanın ən yaxşı oyunçusu olan varisi Robert Levandovski ilə qarşılaşacaq. Robert nəinki ən yaxşı hücumçu, eyni zamanda dünyanın ən yaxşısıdır.

Düzdür, "Barselona"da da Messi kimi futbolçu var. Onun kimi bir oyunçu meydanda fərq yarada bilər. Ancaq Messinin olması "Barselona" üçün kifayət deyil. Buna görə də narahat deyiləm".

"Barselona" və "Bavariya" arasında Lissabondakı görüş avqustun 14-ü keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti