Ronaldo və Messini qabaqlayan var - Levandovski

11 Avqust 2020 00:28 Çempionlar Liqası 1 276
Ronaldo və Messini qabaqlayan var - Levandovski

Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu ada "Bavariya"nın hücumçusu Robert Levandovski layiq görülüb.

O, azarkeşlərin səsverməsinə əsasən, "Mançester Siti"nin müdafiəçisi Kayl Uolker, "Yuventus"un hücumçusu Kriştianu Ronaldo və "Barselona"nın forvardı Lionel Messidən üstün olub.

32 yaşlı polşalı hücumçu İngiltərədə "Çelsi"ni 4:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin cavab matçında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

1/4 finalda "Atalanta" (İtaliya) - PSJ (Fransa), "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya), "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) görüşləri keçiriləcək. Oyunlar "8-lər finalı" formatında Portuqaliyada təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq