“Qarabağ”ın II mərhələdə mümkün rəqibi bilindi – ya “Şerif”, ya "Fola"

10 Avqust 2020 14:18 Çempionlar Liqası 1 422
“Qarabağ”ın II mərhələdə mümkün rəqibi bilindi – ya “Şerif”, ya "Fola"

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından sonra bəlli olub.

İsveçrənin Nyon şəhərindəki tədbirdə Ağdam klubunun Şimali Makedoniyanın “Sileks” klubu ilə I təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin rəqibi bilinib. Qurban Qurbanovun yetirmələri ilk raundu keçsə, “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.

Bu matç avqustun 25-26-da keçiriləcək. “Qarabağ” – “Sileks” cütünün qalibi bu oyuna evdə çıxacaq. Bakıda baş tutacaq “Qarabağ” – “Sileks” oyunu avqustun 18-i və ya 19-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi