Messi ilə Çakır arasında insidenti sübut edən FOTO

9 Avqust 2020 23:40 Çempionlar Liqası 4 176
Messi ilə Çakır arasında insidenti sübut edən FOTO

Çempionlar Liqasının 1/8 finalının “Barselona” – “Napoli” cavab oyunundan sonra meydan sahiblərinin kapitanı Lionel Messi ilə matçın baş hakimi Cüneyt Çakır arasında gərginlik yaşanıb.

Sportinfo.az xəbər verir ki, türkiyəli referinin bəzi qərarlarından narazı qalan argentinalı hücumçu oyundan sonra buna etirazını bildirib.

Görüşün final fitindən sonra Çakır futbolçularla yumruq salamlaşması edib. O, Messiyə əl uzadanda isə futbolçu görüşməyi rədd edərək hakimə barmağını silkələyib. Onun Çakırla çox əsəbi şəkildə danışdığı qeyd olunub.

“Barselona”nın 3:1 hesabı ilə qalib gələrək mərhələ adladığı görüşün 30-cu dəqiqəsində Messinin vurduğu qol VAR-a müraciət edildikdən sonra Cüneyt Çakır tərəfindən ləğv edilib. Çakır görüşün 44-cü dəqiqəsində “Barselona”nın, 45+4-cü dəqiqəsində isə “Napoli”nin lehinə penalti təyin edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"