“Qarabağ” – Makedoniya klublarınqın QORXULU RÖYASI

9 Avqust 2020 17:00 Çempionlar Liqası 1 777
“Qarabağ” – Makedoniya klublarınqın QORXULU RÖYASI

Çempionlar Liqasında Azərbaycan təmsilçisi “Qarabağ”a rəqib olan “Sileks” ilk dəfə komandalarımızla üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, Şimali Makedoniyanın digər klubları təmsilçilərimizlə 5 dəfə rəqib olub.

Bu duellərdən üçündə Azərbaycan, ikisində balkanlılar mərhələ keçib. 5 duel çərçivəsində 10 görüş oynanılıb. 4 qələbə qazanan komandalarımız 4 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi də Azərbaycan təmsilçilərinin xeyrinədir – 10:6.

Makedoniyalıların əsas qənimi də məhz “Qarabağ”dır. Ağdamlılar iki dəfə “Metalurq”u yolundan kənarlaşdırıb. Hesabında biri böyükhesablı olmaqla üç qələbəsi olan Qurban Qurbanovun yetirmələri 4 qarşılaşmanın heç birini qolsuz tərk etməyib.

Düzdür, ilk və son dueldə Şimali Makedoniya klubu Azərbaycan təmsilçisini keçib. “Kəpəz” və “Neftçi” ayrı-ayrı illərdə fərqli rəqiblər qarşısında aciz qalıb.

Maraqlıdır ki, ilk iki duel Çempionlar Liqasında təsadüf edib və hər iki halda cütün taleyini səfər qolu həll edib. 1999-cu ildə “Kəpəz” bunun qurbanı olubsa, 9 il sonra “İnter” eyni yolla mərhələ keçib (apasport.az).

1999/2000 mövsümü
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

14 iyul. “Sloqa Yuqomaqnat” (Şimali Makedoniya) – “Kəpəz” - 1:0
21 iyul. “Kəpəz” - “Sloqa Yuqomaqnat” (Şimali Makedoniya) - 2:1
Vidadi Rzayev, Ramiz Məmmədov
2008/09 mövsümü
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

15 iyul. “İnter” – “Rabotniçki” (Şimali Makedoniya) - 0:0
22 iyul. “Rabotniçki” (Şimali Makedoniya) – “İnter” - 1:1
Branislav Çervenka
2010/11 mövsümü
Avropa Liqası
1-ci təsnifat mərhələsi

1 iyul. “Qarabağ” – “Metalurq” (Şimali Makedoniya) - 4:1
Rəşad Sadıqov, Əfran İsmayılov, Emin İmaməliyev, Georgi Adamiya
8 iyul. “Metalurq” (Şimali Makedoniya) - “Qarabağ” - 1:1
Emin İmaməliyev
2013/14 mövsümü
Avropa Liqası
1-ci təsnifat mərhələsi

2 iyul. “Metallurq” (Skopye, Şimali Makedoniya) – “Qarabağ” - 0:1
Reynaldo Silva
11 iyul. “Qarabağ” – “Metallurq” (Skopye, Şimali Makedoniya) - 1:0
Corc Leroy
2016/17 mövsümü
Avropa Liqası
2-ci təsnifat mərhələsi

14 iyul. “Neftçi” – “Şkendiya” (Şimali Makedoniya) – 0:0
21 iyul. “Şkendiya” (Şimali Makedoniya) – “Neftçi” – 1:0

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?