“Qarabağ”ın ÇL-də rəqibi bu 4 klubdan biri olacaq

9 Avqust 2020 09:20 Çempionlar Liqası 1 358
“Qarabağ”ın ÇL-də rəqibi bu 4 klubdan biri olacaq

Çempionlar Liqasında 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü ərəfəsində komandalar qruplara bölünüb.

Sportinfo.az xəbər verir ki, UEFA 34 iştirakçını 5 qrupa ayırıb.

Bunlardan üçündə 6, ikisində 8 iştirakçı yer alıb. Azərbaycan çempionu “Qarabağ” 4-cü qrupda səpələnmiş 4 komandadan biridir.

Təmsilçimiz bu qrupun səpələnməmişlərdən biri ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələrinin mümkün rəqibləri “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), "Tirana" (Albaniya) və “Sileks” (Şimali Makedoniya) komandalarıdır.

Bu gün İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bir oyundan ibarət olacaq 1-ci təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi / 1-ci qrup

Səpələnmişlər

“Seltik” (Şotlandiya)

“Legiya” (Polşa)

“Ferensvaroş” (Macarıstan)

Səpələnməmişlər

"Yurqorden" (İsveç)

“Reykyavik” (İslandiya)

İlkin mərhələnin qalibi

2-ci qrup

Səpələnmişlər

“Srvena Zvezda” (Serbiya)

“Şerif” (Moldova)

“Sarayevo” (Bosniya və Herseqovina)

Səpələnməmişlər

"Fola" (Lüksemburq)

“Konnah” (Uels)

“Europa” (Cəbəllütariq)

3-cü qrup

Səpələnmişlər

“Lüdoqorets” (Bolqarıstan)

“Omoniya” (Kipr)

ÇFR (Rumıniya)

Səpələnməmişlər

“Buduçnost” (Monteneqro)

“Ararat” (Ermənistan)

“Floriana” (Malta)

4-cü qrup

Səpələnmişlər

“Astana” (Qazaxıstan)

“Qarabağ” (Azərbaycan)

“Makkabi” (Təl-Əviv, İsrail)

“Dinamo” (Tbilisi, Gürcüstan)

Səpələnməmişlər

“Dinamo” (Brest, Belarus)

“Riqa” (Latviya)

"Tirana" (Albaniya)

“Sileks” (Şimali Makedoniya)

5-ci qrup

Səpələnmişlər

“Molde” (Norveç)

“Dandolk” (İrlandiya)

“Slovan” (Slovakiya)

“Suduva” (Litva)

Səpələnməmişlər

“Klaksvik” (Farer adaları)

“Flora” (Estoniya)

"Çelye" (Sloveniya)

“KuPS” (Finlandiya)

Digər Xəbərlər
Xəbər Lenti