Çempionlar Liqasında yeni mövsüm necə başladı?

9 Avqust 2020 00:42 Çempionlar Liqası 1 088
Çempionlar Liqasında yeni mövsüm necə başladı?

Çempionlar Liqasında 2020/2021 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, ilkin təsnifat mərhələsində iki görüş keçirilib.

İsveçrənin Nyon şəhərindəki "Colovray Sports Centre"də meydana əvvəlcə San Marinonun "Tre Fiori" və Şimali İrlandiyanın "Linfild" komandaları çıxıb.

Görüş "Linfild"in qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Bastien Heri 71-ci və Kristi Manzinqa isə 83-cü dəqiqədə vurub.

Gecənin digər görüşündə Kosovo "Drita"sı Andorradan "İnter Eskaldes"i sınağa çəkib. Bu matçda "Drita" qalib ayrılıb. Hesabı 21-ci dəqiqədə Cevdet Şabani açıb. 29-cu dəqiqədə Emil Qarsia bərabərlik qolunu vurub. Lakin 45+3-cü dəqiqədə Hamdi Namani yekun nəticəni müəyyənləşdirib - 2:1.

Beləliklə, avqustun 11-də təşkil olunacaq final görüşündə “Linfild”lə “Drita” üz-üzə gələcək. Məğlub olan “Tre Fiori” və “İnter” isə Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.

"Tre Fiori (San Marino) – "Linfild" (Şimali İrlandiya) 0:2

"Drita" (Kosovo) – "İnter" (Andorra) 2:1

Final

11 avqust

20:00. Drita (Kosovo) – Linfild (Şimali İrlandiya)

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?