"Bu, mənim məğlubiyyətimdir, məsuliyyəti üzərimə götürürəm"

8 Avqust 2020 13:54 Çempionlar Liqası 1 090
"Bu, mənim məğlubiyyətimdir, məsuliyyəti üzərimə götürürəm"

Sportinfo.az xəbər verir ki, “Real"ın müdafiəçisi Rafael Varan "Mançester Siti" ilə (1:2) Çempionlar Liqasının 1/8 finalının cavab matçında məğlubiyyətə görə məsuliyyəti üzərinə götürüb.

"Mən bunda üzümü günahkar göstərmək istəyirəm. Bu, mənim məğlubiyyətimdir. Məsuliyyəti üzərimə götürürəm.

Biz yaxşı hazırlaşdıq, amma belə səviyyədə səhvlərə baha başa gəlməli olur. Mən onları izah edə bilmirəm. Futbolda hər şey olur. Bu gün mənim üçün çox mürəkkəb gündür", - Varan deyib.

Məhz Varanın kobud səhvləri “Real”ın iki top buraxmasına səbəb olub. Qarşılaşmanın birinci matçı da həmçinin "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə qurtarıb. Beləliklə, "şəhərlilər" yarışın yarımfinalına çıxıblar, “Real Madrid” Çempionlar Liqasındakı çıxışını dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!