“Real” məğlubiyyət, “Yuve“ qələbə ilə ÇL-i tərk etdi

8 Avqust 2020 00:57 Çempionlar Liqası 1 026
“Real” məğlubiyyət, “Yuve“ qələbə ilə ÇL-i tərk etdi

Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bu gün qaldığı yerdən davam edib.

Sportinfo.az xəbər verir ki, Fransada “Lion”a 0:1 hesabı ilə uduzan “Yuventus” İtaliyada bunun əvəzini çıxmağa çalışıb.

Üç qolun qeydə alındığı matç məhz turinlilərin qələbəsiylə yekunlaşıb. Amma ümumi hesab bərabər olduğundan, Fransa təmsilçisi səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.

Gecənin mərkəzi qarşılaşması isə İngiltərədə keçirilib. Doğma meydanda “Mançester Siti”yə 1:2 məğlub olan “Real” cavab görüşündə turu keçməyin yollarını axtarıb.

Bu oyunda da üç qol qeydə alınıb və meydan sahibləri gülən tərəf olub. Yekun nəticədə "Real" mübarizəni dayandırıbsa, MS növbəti mərhələyə vəsiqə əldə edib.

"Yuventus" (İtaliya) - "Lion" (Fransa) 2:1
Qol: Ronaldo, 43-pen; 60 – Depay, 12-pen.
İlk oyun - 0:1

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) 2:1
Qol: Sterlinq, 9. Q.Xesus, 68 – Benzema, 28.
İlk oyun - 2:1

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!