“Ararat” “Qarabağ”a rəqib ola bilməz - Çempionlar Liqasında

23 İyul 2020 18:48 Çempionlar Liqası 1 131
“Ararat” “Qarabağ”a rəqib ola bilməz - Çempionlar Liqasında

Yeni mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki 15 potensial rəqibi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, 21 min xalı olan Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq.

Bu da o deməkdi rki, “Köhlən atlar”ın I təsnifat mərhələsindəki rəqibi aşağı reytinq xalına malik komanda olacaq. I təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 32-i artıq bəllidi.

Onlar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun da adı artıq məlumdu – “Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San-Marino). Onlara Kosovo və Andorra çempionu qoşulacaq.

Bu klubları da “Qarabağ” üçün potensial rəqib hesab etmək lazımdı. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın I təsnifatda “səpələnməyəcəyi” artıq bəllidi. Ümumiyyətlə, hazırda Ağdam klubunun yalnız 1 mümkün rəqibi dəyiqləşməyib ki, bu da ilkin mərhələdən kimin gələcəyidi.

I təsnifat mərhələsinin səpələnmişlər səbətində “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), Legiya (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omonia” (Kipr), “Sarayevo” (Bosniya və Herseqovina) və “Dinamo” (Tblisi, Gürcüstan) klubları da yer alacaq. Eyni zamanda onlara Rumıniya çempionu qoşulacaq.

Son olaraq bu siyahıya Sloveniya çempionu “Çelye”nin qoşulması ilə Ağdam klubunun potensial rəqiblərinin sayı 15-ə çatıb. Səpələnməmişlər səbətinin mövcud tərkibi belədi:

“Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Çelye” (Sloveniya), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).

“Səpələnməyənlər”dən olan Ermənistan çempionu “Ararat” qaydalara əsasən, “Qarabağ”a rəqib ola bilməz.

Digər Xəbərlər
Xəbər Lenti