Çempionlar Liqasında 2020/21 mövsümünün ilk püşkü atıldı

17 İyul 2020 21:40 Çempionlar Liqası 1 302
Çempionlar Liqasında 2020/21 mövsümünün ilk püşkü atıldı

Çempionlar Liqasında 2020/21 mövsümünün ilkin mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatmada UEFA reytinqində ən aşağı pillələrdə olan Şimali İrlandiya, Kosovo, Andorra və San Marinonun çempionları iştirak edib.

Püşkün nəticəsinə görə, San Marino çempionu ilə Şimali İrlandiya çempionu, Kosovo liqasının qalibi isə Andorra çempionu ilə qarşılaşacaq. Klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcəyi üçün püşkatmada ölkələrin adları yer alıb.

Birinci cütdə "Tre Fiori" ilə "Linfild" üz-üzə gələcək. Çünki müvafiq olaraq San Marino və Şimali İrlandiyada çempionlar məlumdur.

Ilkin mərhələnin yarımfinal oyunları avqustun 8-də, final isə 3 gün sonra neytral meydanda keçiriləcək. Qalib 18-19 avqustda keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"