“Qarabağ” üçün yeni ad

12 İyul 14:20 Çempionlar Liqası 1 299
“Qarabağ” üçün yeni ad

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı daha bir mümkün rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində İsveç klubu ilə də görüşə bilər.

Skandinaviya təmsilçisinin çempionu olan “Yurqorden”in püşk zamanı səpələnməmişlərdən olacağı dəqiqləşib. Buna Polşada çempionun müəyyənləşməsi səbəb olub.

“Legiya”nın öz ölkəsində qızıl medalları təmin etməsi ilə daha iki klubun püşkatmadakı səbəti dəqiqləşib. Kipr “Omoniya”sı da “Legiya” kimi səpələnmişlərə düşüb. Nisbətən aşağı reytinqli “Yurqorden” isə təmsilçimizə artıq ilk raundda rəqib ola bilər.

Digər iki komanda I deyil, sonrakı təsnifat mərhələlərində mümkün rəqib sayılacaq. “Yurqorden” “Qarabağ”ın ilk raunddakı 14-cü mümkün rəqibi olub.

Bunlardan 12-si “Buduçnost” (Monteneqro), “Flora” (Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnah” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta) və İsveç çempionu püşkə konkret rəqib kimi qatılacaq.

“Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir. Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq.

Xəbər Lenti
12 Avqust 21:00 "Qalatasaray"a qayıtdı
12 Avqust 17:10 "Keşlə"də yeni persona
12 Avqust 11:06 Messiyə nə olub? - FOTO
12 Avqust 02:00 Emili transfer etdilər