Restoranda iki məşhurun şəklini çəkməyə cəhd etdi, döyüldü - FOTOLAR

16 Avqust 2023 03:40 Hadisə 2 161
Restoranda iki məşhurun şəklini çəkməyə cəhd etdi, döyüldü - FOTOLAR

"İnter Mayami"nin hücumçusu Lionel Messinin ailəsi və klubun sahibi Devid Bekhemlə getdiyi restoranda qonaq döyülüb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, restoranın mühafizəsi müəssisəyə gələn şəxsi döyüb.

Zərərçəkənin özü bildirib ki, mühafizəçilər onun Messi və Bekhemin şəklini çəkmək istəməsindən şübhələndikləri üçün aqressiya nümayiş etdiriblər.

Onun sözlərinə görə, əvvəlcə onu itələyib, sonra isə döyüblər. Messi və ailəsi binadan arxa qapıdan çıxarılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"