“Qarabağ”ın Çempionlar Liqasında rəqibi kim olacaq?

6 İyul 2020 11:48 Çempionlar Liqası 1 042
“Qarabağ”ın Çempionlar Liqasında rəqibi kim olacaq?

Vaxt ötdükcə “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqiblərinin siyahısı dəqiqləşir.

Sportinfo.az xəbər verir ki, səpələnmişlər (güclülər) səbətində yer alacaq “Azərbaycan çempionunun potensial rəqiblərini müəyyənləşdirib.

Əvvəla, onu qeyd edək ki, Polşa, Rumıniya, Sloveniya, Albaniya və Ermənistanda, eləcə də komandaları ilkin mərhələdə mübarizə aparacaq Kosovo və Andorrada çempionlar hələ bilinmir.

Lakin bilinsə belə, bu, siyahıda cüzi dəyişikliklərə səbəb olacaq. “Qarabağ” istənilən halda səpələnmişlər səbətində yer alan 17 komandadan biri kimi qalacaq.

Hazırkı duruma görə, “Qarabağ” bu mərhələnin beşinci güclü komandasıdır. Təbii ki, Polşa və Rumıniyada hansı klubların çempion olmasına görə yerdəyişmə mümkündür. İndiyə olan duruma görə, 34 komandanın reytinqlərinə əsasən, yer aldıqları səbətləri təqdim edirik:

Səpələnmişlər: “Seltik” (Şotlandiya) – 34.000, “Astana” (Qazaxıstan) – 29.000, “Ludoqorets” (Bolqarıstan) – 26.000, “Srvena Zvezda” (Serbiya) – 22.750, “Qarabağ” (Azərbaycan) – 21.000, “Makkabi” (Tel-Əviv, İsrail) – 16.500, “Molde” (Norveç) – 15.000, Polşa (bilinmir), Rumıniya (bilinmir), “Şerif” (Moldova) – 12.750, “Ferentsvaroş” (Macarıstan) – 9.000, “Dandalk” (İrlandiya) – 8.500, “Slovan” (Bratislava, Slovakiya) – 7.000, “Suduva” (Litva) – 6.750, “Omoniya” (Kipr) – 5.350, “Dinamo” (Tbilisi, Gürcüstan) – 4.750, “Fola Eş” (Lüksemburq) – 4.750.

Səpələnməmişlər: “Sarayevo” (Bosniya və Herseqovina) – 4.750, Sloveniya (bilinmir), “Yurqorden” (İsveç) – 4.550, Albaniya (bilinmir), “Buduçnost” (Monteneqro) – 4.250, “Flora” (Estoniya) – 4.000, “Dinamo” (Brest, Belarus) – 3.775, Ermənistan (bilinmir), “Riqa” (Latviya) – 3.500, “Konas Ki Nomads” (Uels) – 3.250, “Yuropa” (Cəbəlüttariq) – 2.750, Kİ (Farer Adaları) – 2.750, KR (İslandiya) – 2.500, KuPS (Finlandiya) – 2.500, “Sileks” (Makedoniya) – 1.475, “Floriana” (Malta) – 1.150, ilkin mərhələdən gələn komanda.

Çempionlar Liqasında növbəti – 2020/21-ci illər mövsümünə avqustun 8-də start veriləcək. İlkin mərhələdə “Linfild” (Şimali İrlandiya), “Tre Fyori” (San Marino), eləcə də hələ çempionları bilinməyən Kosovo və Andorra klubları yarımfinal görüşləri keçirəcək. I təsnifat mərhələsinə vəsiqə qazanacaq yeganə komandanın adı isə avqustun 11-də bilinəcək.

“Qarabağ”ın mübarizə aparacağı I təsnifat mərhələsi 18-19 avqust tarixlərində keçiriləcək. Görüşlər bir matçdan ibarət olacaq. İlkin mərhələnin püşkü bu ay, I təsnifat mərhələsininki isə avqustun 9-da atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti