"Qarabağ” Çempionlar Liqasındakı rəqiblərini nə vaxt öyrənəcək?

24 İyun 2020 20:00 Çempionlar Liqası 1 020
"Qarabağ” Çempionlar Liqasındakı rəqiblərini nə vaxt öyrənəcək?

Çempionlar Liqasında 2020/21-ci illər mövsümünün I təsnifat mərhələsinin püşkünün nə vaxt atılacağına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi avqustun 9-da keçiriləcək.

Azərbaycanı bu yarışda “Qarabağ” klubu təmsil edəcək. 8-11 avqustda ilkin mərhələnin oyunları keçiriləcək. “Qarabağ” isə mübarizəyə 18-19 avqust tarixlərində qoşulacaq. Bu mərhələlərdə oyunlar bir matçdan ibarət olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu