Daha 3-ü müəyyənləşdi - "Qarabağ"ın potensial rəqibləri

23 İyun 2020 18:48 Çempionlar Liqası 1 392
Daha 3-ü müəyyənləşdi - "Qarabağ"ın potensial rəqibləri

Avropanın daha 3 ölkəsində çempion bəlli olub.

Sportinfo.az xəbər verir ki, Bolqarıstan, Slovakiya və Xorvatiya çempionatlarının qalibi müəyyənləşib.

Bolqarıstan birinci liqasında 27-ci turdan sonra ən yaxın izləyicisini 14 xal qabaqlayan "Ludoqorets" ardıcıl 9-cu çempionluğuna yiyələnib. Cari mövsüm məğlubiyyət üzü görməyən komanda sona 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub.

Xorvatiya liqasında Zaqreb "Dinamo"su finişə 6 tur qalmış çempionluğunu elan edib. "Lokomotiv"dən 19 xal çox toplayan "Dinamo" son 15 ildə 14-cü, ümumilikdə isə tarixində 21-ci çempionluğuna qovuşub.

Slovakiyada isə mövsüm başa çatmamış "Slovan" ardıcıl 2-ci, ümumilikdə 14-cü çempionluğunu əldə edib.

Beləliklə, "Ludoqorets" və "Slovan" gələn mövsüm Çempionlar Liqasının I, "Dinamo" isə II təsnifat mərhələsindən mübarizəyə qoşulmaq imkanı əldə edib. "Ludoqorets" Azərbaycan çempionu "Qarabağ" kimi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaqsa, "Slovan"la bağlı vəziyyət qeyri-müəyyəndir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"