Azərbaycan çempionuna rəqib olanlar – YENİ SİYAHI

17 İyun 2020 17:10 Çempionlar Liqası 946
Azərbaycan çempionuna rəqib olanlar – YENİ SİYAHI

Çempionlar Liqasının 2020/21 mövsümünün 33 iştirakçısı bəllidir.

Sportinfo.az xəbər verir ki, 54 ölkə təmsilçilərinin mübarizə aparacağı yarışın müəyyənləşən iştirakçıları müxtəlif mərhələlərdən turnirə qoşulacaq.

Çempionlar Liqası və Avropa Liqasının qalibinin kimliyindən asılı olaraq 79-81 komandanın qatılacağı qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinin 6 iştirakçısı məlumdur. Digərlərindən biri pley-off, ikisi III, biri II, biri isə I təsnifat mərhələsindən yarışa qoşulacaq.

Azərbaycan çempionunun mübarizəyə başlayacağı I təsnifat mərhələsinin isə daha çox – 22 iştirakçısının adına aydınlıq gəlib. Bunlar təmsilçimizin potensial rəqibləridir.

Çempionlar Liqası 2020/21 mövsümünə vəsiqə qazanan klublar
İlkin mərhələ / Çempionlar yolu

“Tre Fiori” (San-Marino)

I təsnifat mərhələsi
Çempionlar yolu

“Omoniya” (Kipr)
“Srvena Zvezda” (Serbiya)
“Dinamo” Br (Belarus)
“Seltik” (Şotlandiya)
“Astana” (Qazaxıstan)
“Molde” (Norveç)
“Dyurqarden” (İsveç)
“Ferensvaroş” (Macarıstan)
“Dandalk” (İrlandiya)
“Şerif” (Moldova)
KuPS (Finlandiya)
“Reykyavik” (İslandiya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Suduva” (Litva)
“Riqa” (Latviya)
“Flora” (Estoniya)
“Fola” (Lüksemburq)
“Floriana” (Malta)
“Konnah” (Uels)
“Klaksvik” (Farer adaları)
“Dinamo” T (Gürcüstan)
“Europa” (Cəbəllütariq)

II təsnifat mərhələsi
Liqa yolu

“Alkmaar” (Niderland)

III təsnifat mərhələsi
Liqa yolu

“Renn” (Fransa)
“Gent” (Belçika)

Pley-off mərhələsi
Çempionlar yolu

“Ayaks” (Niderland)

Qrup mərhələsi
“Liverpul” (İngiltərə)
“Bavariya” (Almaniya)
“Borussiya” D (Almaniya)
PSJ (Fransa)
“Marsel” (Fransa)
“Brügge” (Belçika)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"