Madrid də İstanbulun payına göz dikib

10 İyun 2020 15:32 Çempionlar Liqası 942
Madrid də İstanbulun payına göz dikib

2019/2020 mövsümündə Çempionlar Liqasının finalının keçirmək istəyən daha bir şəhər var.

Sportinfo.az xəbər verir ki, İspaniyanın paytaxtı Madrid də ÇL-in finalını qəbul etməyə hazır olduğunu bildirib.

Bu barədə məlumatı Madridin meri Xose Luis Martines-Almeyda verib: “Bilirəm ki, bununla bağlı müzakirələr gedir. Bildirmək istəyirəm ki, Madrid merliyi ÇL-in finalının şəhərimizdə keçirilməsini tam dəstəkləyir.

Bizim müvafiq təhlükəsizlik şəraitimiz var. Onu saxlamaq üçün lazımi infrastruktur və xidmətlərə də sahibik. Bu, həm də bütün dünyaya siqnal olardı ki, yaşadığımız dramatik duruma baxmayaraq, Madrid təslim olmadı və özünə gəlir”.

Bu mövsüm ÇL-in finalı İstanbulda keçirilməli idi. Bir müddət əvvəl məlumat yayılmışdı ki, Çempionlar Liqası mini-turnir çərçivəsində davam etdiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu