"Qarabağ" ilk "100-lük"də, "Neftçi" ilə "Xəzər Lənkəran"...

8 İyun 2020 00:42 Çempionlar Liqası 915
"Qarabağ" ilk "100-lük"də, "Neftçi" ilə "Xəzər Lənkəran"...

UEFA turnirin bütün tarixi boyu Çempionlar Liqasında (1955-1992-ci illər - Çempionlar Kuboku, 1992-2020-ci illər - Çempionlar Liqası) mübarizə aparan klubların ümumi reytinq cədvəlini tərtib edib.

Sportinfo.az xəbər verir ki, təsnifat mərhələləri də nəzərə alınan siyahıda Azərbaycanın 7 klubu yer alıb.

Ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. 36 matç keçirən Ağdam klubu 41 xalla 84-cüdür. "Atlılar" ilk "100-lük"dəki yeganə Azərbaycan təmsilçisidir.

15 xalı olan "Neftçi" 169-cu, 6 xala malik "Bakı" 269-cudu və bu klublar ölkə üzrə 2-3-cü yerlərdədir. Digər klublarımız - "İnter" (indiki "Keşlə" - red.) 294-cü (5 xal), "Şəmkir" 396-cı (2 xal), "Kəpəz" 397-ci (2 xal), "Xəzər Lənkəran" 424-cü (1 xal) pilləni tutur.

Ümumi sıralamada lider Madrid "Real"ıdır. "Bayern" 2-ci, "Barselona" 3-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti