Azərbaycan çempionu olacaq komanda üçün VACİB XƏBƏR

15 May 2020 11:34 Çempionlar Liqası 939
Azərbaycan çempionu olacaq komanda üçün VACİB XƏBƏR

"Avropakuboklarda mövsümün başa çatdırılması üçün konkret planımız var. Düşünürəm ki, əksər ölkələrdə mövsüm başa çatdırılacaq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin "beIN Sports"a açıqlamasında söyləyib.

Sloveniyalı funksioner bildirib ki, hansı ölkələr liqaları başa çatdırmaq istəmirlərsə, bu, onların öz qərarlarıdır. Çeferinin sözlərinə görə, avrokuboklarda iştirak etmək arzusunda olanlar istənilən halda seçmə mərhələlərdə çıxış etməlidirlər:

"UEFA İcraiyyə Komitəsi tarixləri təsdiqləyənə qədər gözləməliyik. Amma deyə bilərəm ki, hər şey indiki kimi olsa, avrokubok mövsümü avqustda başa çatdırılacaq.

Yerli liqalar ayrı məsələdir və necə hərəkət edəcəklərinə özləri qərar verəcəklər. Əvvəllər dediyim kimi, onların 80 faizinin mövsümü başa vuracağına inanıram".

Qitə futbol qurumunun rəhbəri Çempionlar Liqası və Avropa Liqasında 2020/2021 mövsümünün əvvəlki kimi qalacağı fikrini də dilə gətirib: "Təqvim çox sıxdır, amma dəyişiklik etməyə elə də çox yerimiz yoxdur. Fikrimcə, təqvim əvvəlki kimi qalacaq. Ola bilsin, tarixlərdə bir-iki günlük fərq olsun".

Daha əvvəl UEFA-nın martda dayandırılmış 2019/2020 avrokubok mövsümünü avqustun sonlarınadək başa vuracağı bildirilib. Bu, daxili yarışların tamamlanmasından sonra gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti