UEFA Azərbaycan klubunu ÇL-dən məhrum etməyəcək

12 May 2020 10:24 Çempionlar Liqası 903
UEFA Azərbaycan klubunu ÇL-dən məhrum etməyəcək

UEFA ölkə çempionlarının Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum olunacağına dair iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Avropa futbol qurumundan RİA “Novosti”yə açıqlama verilib.

Təşkilat yayılan xəbərləri təkzib edib: "UEFA heç vaxt çempion olan komandaları təsnifat oyunları vasitəsilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünməyib".

Daha öncə "The Times" nəşri UEFA-nın koronavirus pandemiyası ilə əlaqədar 2020/2021 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirdiyini yazıb.

Avropada Belarus çempionatından başqa bütün yarışlar koronavirus pandemiyasına görə dayandırılıb. UEFA mart ayında dayandırılan avrokubokları daxili çempionatlarla birlikdə tamamlamağı düşünür. UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 27-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”