Azərbaycanı ÇL və AL-da təmsil edəcək 4 klub – UEFA-nın B planı

23 Aprel 14:30 Çempionlar Liqası 530
Azərbaycanı ÇL və AL-da təmsil edəcək 4 klub – UEFA-nın B planı

Sportinfo.az xəbər verir ki, avrokubokların 2020/21 mövsümünün B planına əsasən, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan milli çempionatlar davam etdirilməsə, qitə kuboklarına vəsiqələr turnir cədvəlinə əsasən müəyyənləşdirilməyəcək.

Belə olarsa, avrokuboklara vəsiqələr klubların UEFA reytinqindəki hazırkı mövqeyinə əsasən bilinəcək.

Qitə futbol qurumunun B planı işə düşəcəyi təqdirdə, gələn mövsüm Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 26 klubun adları bəllidir. Yalnız 6 komanda pley-offdan yoluna davam edəcək.

İngiltərədə son 5 il ərzində ən yüksək reytinq "Mançester Siti"nin olsa da, "şəhərlilər"in diskvalifikasiyası "Tottenhem"in yolunu açacaq.

Cari mövsüm daxili birincilikdə aşağı pillələrdə qərarlaşan "Arsenal", "Atletiko", "Bayer", "Şalke" kimi klublar üçün bu, göydəndüşmə olar. Əvəzində "İnter", "Marsel", "Çelsi" ÇL-dən kənarda qalacaqlar.

Bu plan təsdiqlənərsə, Azərbaycandan "Qarabağ" Çempionlar Liqasına, "Qəbələ", "Neftçi" və "Səbail" Avropa Liqasına vəsiqə qazanacaq.

UEFA-nın B planına əsasən gələn mövsüm ÇL-də mübarizə aparacaq klublar:
İngiltərə:
"Liverpul", "Mançester Yunayted", "Arsenal", "Tottenhem"
İspaniya: "Real", "Atletiko", "Barselona", "Sevilya"
Almaniya: "Bavariya", "Borussiya (Dortmund), "Bayer", "Şalke"
İtaliya: "Yuventus", "Roma", "Napoli", "Latsio"
Fransa: PSJ, "Lion", "Monako"
Rusiya: "Zenit", MOİK
Portuqaliya: "Portu"
Ukrayna: "Şaxtyor"
Belçika: "Gent"
Türkiyə: "Beşiktaş "
Avstriya: "Zalsburq"

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?