ÇL-in 1/4 və yarımfinal oyunları da İstanbulda keçiriləcək?

19 Aprel 2020 10:00 Çempionlar Liqası 557
ÇL-in 1/4 və yarımfinal oyunları da İstanbulda keçiriləcək?

UEFA İcraiyyə Komitəsinin üzvü və Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Servet Yardımcı koronavirus pandemiyası səbəbiylə dayandırılan liqalarla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, qurum rəsmisi, Çempionlar Liqası və Avropa Liqasının qalan oyunları ilə bağlı danışıb:

“UEFA aprelin 21-də video-konfrans keçirəcək. Son qərardan sonra vəziyyəti dəyərləndirəcəyik. UEFA, Çempionlar Liqası və Avropa Liqasının yerli liqaların tamamlanmasından sonra keçirilməsini təklif edir.

Bu da təxminən iyul-avqust ayları üçün düşünülür. Amma ölkələrarası uçuş qadağaları var, buna görə də, bu haqda danışmaq çox tezdir.

Çempionlar Liqasının finalı İstanbulda keçirilməli idi. Turnirin 1/4 final və yarımfinal mərhələsinin oyunlarının da burda, mini-çempionat şəklində keçirilməsi təklifi var”.

Digər Xəbərlər
Xəbər Lenti