Britaniyalı jurnalist 19 il əvvəlki "Şəmkir"i xatırladı - "Portu"ya görə

18 Aprel 2020 23:20 Çempionlar Liqası 938
Britaniyalı jurnalist 19 il əvvəlki "Şəmkir"i xatırladı -

"Barri Taun" üçün avqustun 1-i xüsusi tarixdir. Çünki 19 il əvvəl Uels komandası Portuqaliya nəhəngi "Portu"nu 3:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, uelslilər buna görə "Şəmkir"ə minnətdar olmalıdır.

Bu barədə uelsli jurnalist Qaret Ceymison keçmişi xatırlayıb: "2001-ci ildə "Barri" Uels çempionu oldu və Çempionlar Liqasına vəsiqə qazandı. Bu mərhələdə Azərbaycan çempionu "Şəmkir" məğlub edildi və "Portu" ilə üzləşməli olduq.

Uels millisinin sabiq futbolçusu Piter Nikolasın məşqçisi olduğu komanda səfərdəki ilk matçda Rikardu Karvalyu, Deko və Jorje Koşta kimi gələcəyin ulduzlarından ibarət kollektivlə qarşılaşırdı.

Artıq ilk hissədə portuqaliyalılar 5:0 qalib gəlirdi. Yekun hesab isə 0:8 bitdi. 6 ay sonra "Portu"ya Joze Morinyu gələcəkdi. Həmin vaxtkı məşqçi Oktaviu Maşadu "Cenner Park"dakı 2500 azarkeşin izlədiyi cavab görüşü üçün dəyişikliklər etmişdi.

Portuqaliyalı gənclər özlərini göstərmək istəyirdi ki, 18-ci dəqiqədə Junior Rubens hesabı açdı. Li Filips 37-ci dəqiqədə hesabı bərabərləşdirdi.

Fasiləyə isə Mayk Flinn "Barri"ni 2:1 öndə getməyinə səbəb oldu. Qari Lloyd penalti qolu ilə komandanın "Portu" üzərində tarixi 3:1 hesablı qələbə ilə meydandan ayrılmasına səbəb olan futbolçudur".

"Şəmkir" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda 2001-ci il iyulun 11-də Barridə 1992 tamaşaçı qarşısında bu rəqibinə 0:2 hesabıyla yenilib. 1 həftə sonra "Şəmkir" Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 uduzmaqla 7 min azarkeşimizi məyus edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”