Onların pulunu qaytarmaqdan imtina etdilər

7 Aprel 2020 13:40 Çempionlar Liqası 679
Onların pulunu qaytarmaqdan imtina etdilər

“Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşdığı “Atletiko”nun azarkeşlərinin pulunu qaytarmaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, “Ateltiko”nun 290 azarkeşi koronavirus pandemiyasına görə ÇL-in 1/8 finalının cavab qarşılaşması üçün İngiltərəyə getməkdən imtina ediblər.

Həmin azarkeşlər sonradan “Liverpul”a müraciət edərək bilet üçün ödədikləri vəsaiti geri istəyiblər.

Amma “Liverpul” rəhbərliyi onların tələbini yerinə yetirməkdən imtina edib. “Hindular”ın rəhbərlyi “Liverpul”un imtinasından sonra 17 min avronu fanatlarına özü ödəyib. Klub İspaniya çempionatının qarşıdakı oyunları üçün satılmış 4500 biletin də pulunu geri qaytarıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!