Azərbaycan çempionu yeni mövsümə oktyabrda başlayacaq – ÇL-də

1 Aprel 2020 19:20 Çempionlar Liqası 975
Azərbaycan çempionu yeni mövsümə oktyabrda başlayacaq – ÇL-də

UEFA avrokubokların 2019/20 mövsümünün bərpasını iyula qədər təxirə salıb.

Sportinfo.az xəbər verir ki, bu qərar milli assosiasiyaların nümayəndələri ilə bugünkü iclasda verilib.

Qurum avrokubok mövsümünün koronavirus pandemiyası üzündən baş tutmayan oyunlarını iyul-avqust aylarında keçirməyi planlaşdırır. Bu baş tutsa, növbəti mövsüm də gec başlayacaq.

Belə olan halda Çempionlar Liqasının 2020/21 mövsümünün oktyabrın 14-21-də başlayacaq. Milli assosiasiyalar çempionatların sona çatdırılması üçün iyundakı yay fasiləsindən imtina etməyə razılıq verib.

Çempionlar Liqası və Avropa Liqası 1/8 final mərhələsində dayanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!