"Buna görə heç kim onu tənqid etməməlidir”

14 Mart 2020 16:56 Çempionlar Liqası 641
"Buna görə heç kim onu tənqid etməməlidir”

"Mançester Yunayted"in sabiq forvardı Dimitar Berbatov "Liverpul"un baş məşqçisi Yurgen Kloppun Dieqo Simeoneyə qarşı söylədiyi fikirlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, almaniyalı mütəxəssisin yanıldığını bildirib:

"Simeone oyun tərzinə daha da diqqət etməli və Kloppun dediklərinə əhəmiyyət verməməlidir. Yurgen “Atletiko”nu müdafiə oynadığına görə tənqid etməkdə yanılır.

Bu, Simeonenin öz seçimidir. Tənqidlər mənasızdır. “Liverpul” “Atletiko”nun necə oynayacağını mükəmməl bilirdi və yenə də onları məğlub edə bilmədi.

Bundan əlavə, Simeonenin tərzi komandaya çox uğurlar qazandırıb. Madird təmsilçisini iki dəfə Çempionlar Liqasının finalına gətirib.

La Liqada “Real” və “Barselona” hegemonluğuna son qoyub. Əslində Dieqo “Atletiko”nu həqiqi bir maşına çevirib. Buna görə heç kim onu üslubunda israrlı olmasına görə tənqid etməməlidir”.

Kolpp “Atletiko”nu Çempionar Liqasının-nin 1/8 final mərhələsinin cavab görüşündən sonra (2:3) müdafiə futbolu oynadığına görə tənqid etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi