Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər

12 Mart 2020 15:46 Çempionlar Liqası 639
Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli olub.

Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşlərindən sonra bu ada "Atalanta"dan Yosip İliçiç, "Leyptsiq"dən Marsel Zabitser, PSJ-dən Xuan Bernat və "Atletiko"dan Yan Oblak iddia edirlər.

İliçiç İspaniyada "Valensiya"nı 4:3 hesabı ilə məğlub etdikləri görüşdə 4 qol vuraraq poker edib. Zabitser evdə İngiltərə təmsilçisi "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəldikləri matçda iki qolun müəllifi olub.

Bernat isə Almaniya "Borussiya"sını (Dortmund) məğlub etdikləri matçda fərqlənə bilib. Yan Oblak əlavə vaxtda İngiltərədə "Liverpul"u 2:3 hesabı ilə yendikləri oyunda qurtarışları ilə yadda qalıb.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!