"Komandanın niyə bu cür oynadığını başa düşmürəm"

12 Mart 2020 11:20 Çempionlar Liqası 729
"Komandanın niyə bu cür oynadığını başa düşmürəm"

Çempionlar Liqasının 1/8 final mərhləsində "Ateltiko" səfərdə "Liverpul"la qalib gələrək (3:2) növbəti mərhələyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, "Liverpul”un baş məşqçisi Yurgen Klopp qarşılaşmanı dəyərləndirib:

"Hesabın 2:1 olması bizim üçün problem oldu. Ancaq yenə də vəziyyəti dəyişə bilərdik. İkinci qolu buraxdıqdan sonra futbolçular yoruldu. Matçın əsas vaxtından sonra oyun ağırlaşdı.

Meydanda istədiyimiz kimi deyildik. Görüşün əvvəlindəki kimi davam edə bilmədik. Sanki oyunçular da nə cür oynayacaqlarını unutdular. Ümumi götürsək, komandanın çıxışından razıyam.

Belə rəqibə qarşı mübarizə aparmaq asan deyil. ”Atletiko” kimi bir komandanın niyə bu cür oynadığını başa düşmürəm. Onlar əsl futbol da oynaya bilərlər.

Ancaq müdafiədə oturub əks hücuma çıxmağa üstünlük verirlər. Bu nəticəni qəbul edirik. Ancaq məncə, bugünkü çıxışımıza görə deyildi.

Nələr itirdiyimizin fərqindəyik. Oyunçularım bütün komanda ilə müdafiə olunan dünya səviyyəli bir rəqibə qarşı yaxşı mübarizə apardılar. Bəli, son iki ildə şans bizimlə idi. İki dəfə finala yüksəldik. Ancaq bu gün hər şey bizə qarşı oldu”.

Digər Xəbərlər
Xəbər Lenti