İki məşhur məşqçi dirsək-dirsəyə görüşdü - FOTO

12 Mart 2020 01:38 Çempionlar Liqası 949
İki məşhur məşqçi dirsək-dirsəyə görüşdü - FOTO

Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la “Atletiko” arasında hazırda keçirilən cavab matçının startında maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, komandaların baş məşqçiləri Yurgen Klopp və Dieqo Simeone görüşmək üçün bir-birinə yaxınlaşıb.

Lakin onlar son anda koronavirus epidemiyasına görə əllə görüşməməli olduqlarını anlayıblar və bu an maraqlı mənzərə yaranıb. Məşqçilər dirsək-dirsəyə salamlaşıblar.

UEFA koronavirusa görə avrokuboklarda əllə görüşməyi qadağan edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”