Mourinyonun komandasını ÇL-dən erkən "qovdular"

11 Mart 2020 01:55 Çempionlar Liqası 943
Mourinyonun komandasını ÇL-dən erkən "qovdular"

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

Sportinfo.az xəbər verir ki, "Leyptsiq" öz meydanında İngiltərə "Tottenhem"ini darmadağın edib. İlk iki qolu Marsel Zabitser, üçüncüsünü isə Emil Forsberq vurub.

"Valensiya" isə "Atalanta"dan ilk görüşdəki böyük hesablı məğlubiyyətin əvəzini çıxa bilməyib. Üstəlik, "Atalanta" cavab görüşündən də qalib ayrılıb.

Bu komandanın 4 qolunun hamısını Yosip İliçiç vurub. O, ilk yarıda penaltilərlə fərqlənibsə, fasilədən sonra oyun vəziyyətindən də fərqlənmək bacarığını nümayiş etdirib.

"Leyptsiq" (Almaniya) - "Tottenhem" (İngiltərə) - 3:0
Qollar: Marsel Zabitser, 10; 21. Emil Forsberq, 87

Leyptsiq, "Red Bull Arena"
Baş hakim: Karlos del Serro (İspaniya)
İlk oyun - 1:0

"Valensiya" (İspaniya) - "Atalanta" (İspaniya) - 3:4

Qollar: Kevin Qameyro, 21; 51. Ferran Torres, 67 - Yosip İliçiç, 3; 43 (hər ikisi pen.); 71; 82
Valensiya, "Mestalya" stadionu
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun - 1:4.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu