“Atalanta”dan darmadağın, “Tottenhem”dən məğlubiyyət

20 Fevral 01:55 Çempionlar Liqası 345
“Atalanta”dan darmadağın, “Tottenhem”dən məğlubiyyət

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, gecənin qarşılaşmaları İtaliya və İngiltərədə baş tutub.

“Atalanta” öz meydanında “Valensiya”nı, “Tottenhem” isə “Leyptsiq”i qəbul edib. Hər iki matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

London klubu doğma meydanda almanlara minimal hesabla məğlub olub. "Atalanta" isə ispanları ilk oyunda darmadağınla məğlub edib.

"Atalanta" - "Valensiya" 4:1
Qol: Hatebor, 16; 63. İliçiç, 42. Froyler, 57 - Çerışev, 66.
Milan. “San Siro”. Baş hakim: Maykl Oliver.

Atalanta: Qollini, Toloy, Palomino, Qosens, Cimşiti, Froyler, De Roon, Hatebor, Paşaliç, Qomes, İliçiç.

Ehtiyat oyunçular: Sportello, Kaldara, Kastan, Tamez, Malinovski, Muriel, Sapata.

Valensiya: Domenek, Manqala, Vass, Dyabi, Qayya, Parexo, Kondoqbia, Torres, Soler, Qedeş, Qomes.

Ehtiyat oyunçular: Sillessen, Korreya, Haume Kosta, Qameyro, Çerışev, Ruben Sorbino, Qutyerres.

"Tottenhem" - "Leyptsiq" 0:1
Qol: Verner, 58-pen.
London. “Tottenhem Hotspur Stadium”. Baş hakim: Cüneyt Çakır.

Tottenhem: Loris, Orye, Alderveyreld, Sançes, Devis, Uinks, Jedson, Lo Çelso, Alli, Lukas Moura, Berqveyn.

Ehtiyat oyunçular: Qassaniqa, Vertongen, Tanqanqa, Dayer, Skipp, Ndombele, Lamela.

Leyptsiq: Qulaçi, Ampadu, Klostermann, Mukiele, Halstenberq, Anxelinyo, Laymer, Nkunku, Sabitser, Şik, Verner.

Ehtiyat oyunçular: Mvoqo, Volf, Lukmen, Aydara, Forsberq, Olmo, Poulsen.

X

Digər Xəbərlər
Xəbər Lenti