Bizim ÇL arzularımız - VİDEO

13 Fevral 2020 10:52 Çempionlar Liqası 926
Bizim ÇL arzularımız - VİDEO

Avropa çempionatının startına təxminən 4 ay qalıb.

Sportinfo.az xəbər verir ki, yarışın qrup mərhələsinin 3, 1/4 finalının 1 oyunu Bakıda təşkil olunacaq.

Qitə çempionatının Azərbaycanın dünyanda daha da tanınmasında rol oynayacağını deyən AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov, turnirin iqtisadi baxımından da ölkəmizə faydasının olacağını vurğulayıb.

Avropa Çempionatı ilə əlaqədar Bakıya 200 000 xarici qonağın gələcəyi gözlənilir. A qrupunda yer alan Türkiyə, Uels və İsveçrə milliləri baza kimi Bakını seçiblər. Bu, hər üç komandanın ən azı 10 gün paytaxtımızda qalacağı deməkdir.

Bu müddət ərzində isə komandaların üzvləri və azarkeşlərinin ölkəmizə maddi baxımından xeyiri də olacaq.

İndiyədək Bakıdakı qarşılaşmalar üçün 119 minə yaxın biletin satıldığını bildirən baş katib, alıcıların əksəriyyətinin xarici vətəndaşlar olduğunu vurğulayıb.

Baş katib Bakının gələcəkdə Çempionlar Liqasının finalını da qəbul etməsi arzusunu gizlətməyib. Avropa miqyasında 3 ən böyük futbol tədbirindən 2-nə ev sahibliyi etmək istəyi artıq gerçəkləşib.

Bizim Bakı Olimpiya Stadionu kimi böyük arenamız var. Belə stadionda Çempionlar Liqasının finalının da təşkil olunacağına inanıram. Deyə, Elxan Məmmədov bildirib.

Avropa çempionatı iyunun 12-dən iyulun 12-dək keçiriləcək. İyunun 13-də Bakı Olimpiya Stadionunda azarkeşlər Uels – İsveçrə matçını izləyəcəklər.

Növbəti 2 görüşdə isə Türkiyə millisi ayın 17-i və 21-də müvafiq olaraq uels və isveçrəlilərlə paytaxtımızda münasibətləri aydınlaşdıracaq. 1/4 final mərhələsinin oyunu isə iyulun 4-nə təsadüf edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!