"Qarabağ"a görə qəzəbə tuş gələn ulduzu qaytardılar

3 Fevral 2020 12:02 Çempionlar Liqası 1 391
"Qarabağ"a görə qəzəbə tuş gələn ulduzu qaytardılar

"Atletiko" sabiq futbolçusu Yannik Karraskonu geri qaytarıb.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi belçikalını "Dalyan İfan"dan icarəyə götürüb.

Çində yayılan virus səbəbindən ölkəni tərk etmək istəyən 26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Atletiko"nun formasını geyinəcək. Karrasko 2018-ci ildə "Dalyan İfan"a 30 milyon avro qarşılığında məhz "Atletiko"dan keçib.

Çempionlar Liqasının 2017-18 mövsümünün qrup mərhələsi çərçivəsində 2017-ci il oktyabrın 18-də Bakıda baş tutan "Qarabağ" - "Atletiko" (0:0) görüşü zamanı əvəzlənərkən ləng hərəkət etdiyi üçün "Atletiko" Karraskonu satıb.

Digər Xəbərlər
Xəbər Lenti