Bakı Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

26 Yanvar 2020 11:06 Çempionlar Liqası 848
Bakı Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

Çempionlar Liqasının finalı Azərbaycanda keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, gələcəkdə qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununa ev sahibliyi etməyin mümkünlüyündən danışıb:

"Gələcəkdə Çempionlar Liqasının finalı Bakıda ola bilər. Artıq son illərdir ki, Bakı idman şəhərinə çevrilib. Paytaxtda dünya və Avropa çempionatları da təşkil olunur. Futbol da ən böyük idman növüdür. Avropa Liqasının finalını uğurlu keçirdik. Ümid edirəm ki, Avropa çempionatındakı 4 matçı da uğurla təşkil edəcəyik. Çempionlar Liqasının finalına niyə ev sahibliyi etməyək?".

Digər Xəbərlər
Xəbər Lenti