Haland tarix yazmaqda davam edir: Əfsanələrlə bir sırada

6 Noyabr 2019 18:35 Çempionlar Liqası 728
Haland tarix yazmaqda davam edir: Əfsanələrlə bir sırada

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Napoli" ilə heç-heçə edən (1:1) "Zalsburq"un heyətində hücumçu Erlinq Holand yenidən diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, görüşün 11-ci dəqiqəsində penaltidən hesabı açan 20 yaşlı forvard yarışda 7-ci qolunu vurub.

Norveçli avrokubokların tarixi ərzində ilk 4 oyunda fərqlənən futbolçulardan azı 2 dəfə çox qol vuran ilk şəxsdir. Haland bundan başqa, adını əfsanəvi Alessandro del Pyero, Dieqo Koşta və Ze Karloşla eyni siyahıya da yazdırıb. Bunlar Çempionlar Liqasının qrup mərhələsinin ilk 4 oyununda qol vuran yeganə futbolçulardır.

Digər Xəbərlər
Xəbər Lenti