Robbenin rekordunu qırdı

6 Noyabr 2019 11:47 Çempionlar Liqası 897
Robbenin rekordunu qırdı

Ris Ceyms "Çelsi"nin tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, 20 yaşı dekabrın 8-də tamam olacaq müdafiəçi London klubunun heyətində Çempionlar Liqasında qol vuran ən gənc futbolçu ünvanına yiyələnib.

Ceyms buna "Ayaks"la 4:4 hesabı ilə başa çatan fantastik görüşün 74-cü dəqiqəsində imza atıb. 19 yaş 332 günlüyündə fərqlənən futbolçu bununla da "mavi"lərin heyətində qol vurmuş ən gənc Aryen Robbenin rekordunu qırıb. Sabiq niderlandlı "ulduz" Moskva ÇSKA-sına 20 yaş 284 günlüyündə qol vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti