ÇL-də 1/8 finala bu gün və sabah vəsiqə qazana bilərlər

5 Noyabr 2019 17:16 Çempionlar Liqası 751
ÇL-də 1/8 finala bu gün və sabah vəsiqə qazana bilərlər

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun oyunları start götürəcək. Bu mərhələnin qalan 8 qarşılaşması sabah keçiriləcək. 3 tura qrupda maksimum nəticə göstərən kollektivlər olsa da, hələlik 1/8 finala vəsiqəni təmin edən komanda yoxdur. Lakin elə bu axşamdan başlayaraq, sabahkı oyunlar da daxil - bəzi klublar vaxtından əvvəl növbəti mərhələyə çıxa bilərlər. Görək, hansı komandalar buna daha yaxındır.

A qrupu

1 PSJ 3 3 0 0 9-0 9
2 Real 3 1 1 1 3-5 4
3 Brügge 3 0 2 1 2-7 2
4 Qalatasaray 3 0 1 2 0-2 1

A qrupunda intriqa davam etsə də, dəqiqdir ki, bu, PSJ-nin iştirakı ilə olmayacaq. Bu tur evdə "Brügge"ni qəbul edəcək Tomas Tuxelin komandasının Belçika klubunu məğlub edərək 1/8 finala çıxacağına şübhə yoxdur. İddialı "Real"da isə, turnir cədvəlindən də göründüyü kimi, vəziyyət o qədər də yaxşı deyil.

B qrupu

1 Bavariya 3 3 0 0 13-4 9
2 Tottenhem 3 1 1 1 9-9 4
3 Srvena Zvezda 3 1 0 2 3-9 3
4 Olimpiakos 3 0 1 2 5-8 1

Həftəsonu Almaniya Bundesliqasında Frankfurt səfərində "Ayntraxt"ın darmadağınına məruz qalan "Bavariya" hazırda baş məşqçisiz olsa da, "Olimpiakos"a qalib gələcək gücdədir. Xüsusən söhbət Münhen klubunun vaxtından əvvəl pley-offa vəsiqə qazanacağından gedirsə. Lakin Yunanıstan təmsilçisi qrupda autsayder görünsə də, asanlıqla təslim olacaq komanda deyil.

C qrupu

1 Mançester Siti 3 3 0 0 10-1 9
2 Dinamo Zaqreb 3 1 1 1 6-4 4
3 Şaxtyor 3 1 1 1 4-6 4
4 Atalanta 3 0 0 3 2-11 0

"Mançester Siti"nin bu qrupda aşkar favorit olacağı hələ püşk atılanda məlum idi. Lakin Xosep Quardiolanın rəhbərlik etdiyi komanda hər mövsüm qrup səddini asanlıqla keçib ya 1/8, ya da 1/4 finalda dayanır. İki həftə əvvəl Mançesterdə İtaliya klubuna 5 qol vuran "şəhərlilər" bu axşam Berqamoda da qələbə qazanmaqla qrup mərhələsini növbəti dəfə rahat keçmiş olacaqlar.

D qrupu

1 Yuventus 3 2 1 0 7-3 7
2 Atletiko 3 2 1 0 5-2 7
3 Lokomotiv 3 1 0 2 3-5 3
4 Bayer 3 0 0 3 1-6 0

3-cü turda doğma Turində "Lokomotiv"i çətinliklə məğlub edən "Yuventus" Moskva klubuna bu axşam da qalib gəlməklə adını 1/8 finala yazdıra bilər. Lakin Mauritsio Sarrinin Rusiya paytaxtından 3 xalla dönəcəyi çətin görünür. Qrupun mərhələni vaxtından əvvəl adlaya biləcək digər komandası "Atletiko" da bu gecə bir tur əvvəl evdə çətinliklə qalib gəldiyi "Bayer"in qonağı olacaq. İstənilən halda italyanlarla ispanlar qələbə qazansa, növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaqlar.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı