"Qarabağ"ın baş meneceri: "Bizə söz veriblər ki…"

24 Oktyabr 2019 19:14 Çempionlar Liqası 710
"Qarabağ"ın baş meneceri: "Bizə söz veriblər ki…"

"APOEL tərəfi Kiprdə keçiriləcək cavab matçında heç bir təxribatın olmayacağına və buna cəhd edilərsə, qarşısını alacaqlarına dair bizə söz verib".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov deyib. Ağdam klubunun rəsmisi ermənilərin Kiprdə onlara qarşı mümkün təxribatı barədə Nikosiya təmsilçisi ilə danış aparıldığını vurğulayıb.

Asif bəy qeyd edib ki, Lüksemburqda baş verən məlum hadisənin növbəti dəfə təkrarlanmaq ehtimalı azdır: "Əslində, bu təxribat Kiprdə gözlənilirdi, amma Lüksemburqda oldu. Bəlkə də ermənilər son iyrənc hərəkəitlərindən "motivasiya" alıb, Nikosiyada buna oxşar nələrsə etmək istəyəcəklər.

İndi gərək biz işimizi sağlam görək və çalışaq ki, komandamız səfərə tam rahat yollansın, yalnız oyun barədə düşünsün və bu cür də geri qayıtsın. Bütün bunları APOEL-in nümayəndələri ilə detallı müzakirə etmişik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"