UEFA Türkiyəyə intizam işi açdı - Final əllərindən alınacaq?

15 Oktyabr 2019 16:54 Çempionlar Liqası 755
UEFA Türkiyəyə intizam işi açdı - Final əllərindən alınacaq?

UEFA Türkiyə yığması barədə intizam işi açıb. Qurum yerli federasiyaya qərarını göndərib və son günlər yaşananlarla bağlı raport tələb edilib. Türkiyə 2019/2020-ci illər mövsümünün Çempionlar Liqasının finalını keçirmək hüququndan da məhrum edilə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-ya azarkeşlərdən, futbol ekspertlərindən çoxsaylı müraciətlər, şikayətlər daxil olub.

Məsələ ilə bağlı açıqlama verən Avropa futbol təşkilatının vitse-prezidenti Mişel Uva bildirib ki, yekun qərar rəhbərliklə müzakirədən sonra veriləcək: "Əlbəttə, biz BMT, Avropa Birliyi və yaxud ABŞ deyilik. Muxtariyyətə hörmətlə yanaşırıq və futbolun siyasətdən ayrı qalması bizim əsas prioritetimizdir. Buna görə artıq Türkiyə Futbol Federasiyası da müvafiq qaydada məlumatlandırılıb. UEFA bu məsələni ciddi araşdıracaq və yaxın günlərdə Aleksandr Çeferinlə müzakirə olunandan sonra qərarımızı açıqlayacağıq".

Türkiyə millisinin futbolçuları ordunun Suriyada apardığı hərbi əməliyyatlara dəstək nümayiş etdirərək AÇ-2020-nin iki ardıcıl seçmə mərhələ oyununda - Albaniya və Fransa matçlarında vurulan qolları əsgər salamı ilə qeyd edib. Bu, dünyanın əksər ölkələrində birmənalı qarşılanmayıb. Almaniya və Fransanın tələbindən sonra UEFA Türkiyəyə qarşı araşdırmaya başlayıb.

Qitənin bir nömrəli klub yarışının finalı 2020-ci ilin mayında İstanbulda keçiriləcək. Təbii ki, UEFA siyasi məsələ ilə bağlı qərarı dəyişməsə.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti