Van Basten, Simeone, Droqba... və Xoland

3 Oktyabr 2019 14:07 Çempionlar Liqası 766
Van Basten, Simeone, Droqba... və Xoland

"Zaltsburq"un hücumçusu Erlinq Xoland Marko van Basten, Dieqo Simeone və Didye Droqbanın rekordunu təkrarlayıb. Sportinfo.az UEFA-nın twitter səhifəsinə istinadən xəbər verir ki, 19 yaşlı norveçli futbolçu Çempionlar Liqasında ilk iki oyunda 4 qol vuran dördüncü oyunçu olub.

Xoland ÇL-in qrup mərhələsinin 2-ci turunda "Liverpul"la matçda (3:4) fərqlənib. Bundan əvvəl isə o, "Genk"lə görüşdə het-trik etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM