Yenə Ronaldo, Messinin ona çatmağına çox var

2 Oktyabr 2019 18:08 Çempionlar Liqası 663
Yenə Ronaldo, Messinin ona çatmağına çox var

"Yuventus"un fərdi və kollektiv uğurdan doymayan ulduzu Kriştiano Ronaldo daha bir rekorda imza atıb, digərini bir qədər də yaxşılaşdırıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı portuqal Çempionlar Liqasında ən çox qələbə qazanan futbolçu statusuna da yiyələnib. Həmçinin vurduğu qolların sayını 127-yə çatdırıb. Ən yaxın izləyicisi Messini 15 top qabaqlayır.

Bu, qrup mərhələsinin 2-ci turunun dünən Turində keçirilmiş "Yuventus" - "Bayer" (3:0) qarşılaşmasında qeydə alınıb. İtaliya klubunun qələbəsində pay və qol sahibi olan Ronaldo ÇL tarixində qalibiyyətə hamıdan çox sayda sevinən keçmiş həmklubunu - əfsanəvi İker Kasilyası geridə qoyub.

İspan qolkiperin aktivində 101 qalibiyyət var idi. Dünən Ronaldo 102-ci qələbəsinə qovuşdu. Bu siyahıda 3-cü yerdə 91 qələbə ilə sabiq "Barselona"lı Xavi qərarlaşıb. Lionel Messini aktivində isə 80 qələbə var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti