"Real"ın sabiq prezidenti Kurtua ilə məzələndi

2 Oktyabr 2019 13:15 Çempionlar Liqası 862
"Real"ın sabiq prezidenti Kurtua ilə məzələndi

"Real"ın sabiq prezidenti Ramon Kalderon Çempionlar Liqasının qrup mərhələsində "Brügge" ilə oyuna (2:2) reaksiya verib.

Sportinfo.az xəbər verir ki, Kalderon "twitter" səhifəsində Madrid klubunun sabiq qapıçısı Keylor Navasın gülən yerdə şəklini paylaşıb.

Kosta-rikalı qolkiper 2018-ci ildə Tibo Kurtua "Real"a gəldikdən sonra əsas heyətdə yerini itirmişdi. Yayda o, Madridi tərk edərək PSJ-yə yollanıb.

"Brügge" ilə oyunun 1-ci hissəsində iki qol buraxan Kurtuanı azarkeşlər fitə basıb. Belçika millisinin qapıçısı fasilədə əvəzlənib. Sonradan məlum olub ki, qolkiperin sağlıq durumunda problem var imiş, o, hətta avtomobilini də idarə edə bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti