“Real” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Brügge” ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyunda “Kral klubu”nun ilk qolunu Serxio Ramos vurub. Ramos bu qolla “Barselona”nın müdafiəçisi Jerar Pikeyə çatıb.
Pike ÇL-də 10 mövsüm qol vuran yeganə müdafiəçi idi. Ancaq artıq Ramos da ona qoşulub. Üstəlik, Ramos Dani Alvesə də çatıb. Braziliyalı futbolçu ÇL-də 12 qol vurub. Bu göstəricidə ən yüksək nəticə Roberto Karlosa məxsusdur – 16 qol. İvan Elqera 15, Pike isə 14 qol vurub.

