"Zədəyə görə Avropa çempionatında istədiyim nəticə olmadı"

03:50 Taekvondo 37
"Zədəyə görə Avropa çempionatında istədiyim nəticə olmadı"

Azərbaycan taekvondoçusu Cavad Ağayev zədəli olduğu üçün Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında istədiyi nəticəni əldə edə bilməyib.

Sportinfo.az xəbər verir ki, bunu "report"a 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib.

O, qitə birinciliyində bürünc medal qazanması barədə danışıb:

"Avropa çempionatında zəif rəqib olmur. Yarışdan öncə məşq prosesində zədələnmişdim.

Buna gorə tam istədiyim formanı bərpa edə bilməmişdim və bu da çıxışıma təsir etdi. Əks halda daha yaxşı nəticə qazana bilərdim.

Buna baxmayaraq, əlimdən gələni etdim. Rəqiblərim təcrübəli və güclü idmançılar idi.

Qitə birinciliyi mənim üçün böyük təcrübə oldu. İnanıram ki, növbəti yarışlarda nəticəmi daha da yaxşılaşdıracağam".

Cavad Ağayev Avropa çempionatında San Marino, Almaniya və Çexiya təmsilçiləri üzərində qələbə qazanaraq üçüncü yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti