Mövsümün ikinci yarısını “Lion”da icarə əsasında çıxış edən “Real”ın hücumçusu Endrik, Braziliya millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə daxil edilməsinə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu xoşbəxt olduğunu deyib:
“Tanrıma şükür, sən möhtəşəmsən! Dünyanın ən böyük komandası ilə ilk dünya çempionatı!
Bu an üçün Tanrıya yalnız şükür edə bilərəm. İndi ölkəmizi təmsil etməyin vaxtıdır! Gəlin, həmişə birlikdə əlimizdən gələni edək!”
19 yaşlı futbolçu “Lion”un heyətində 16 oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

