Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann 2026-cı il dünya çempionatı ilə bağlı maraqlı açıqlama verib.
O, bildirib ki, turnirdə iştirak edən hər komanda çempionluğu əsas hədəf kimi qarşısına qoymalıdır və Almaniya millisi də istisna deyil.
Sportinfo.az FİFA-nın saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandasının hazırlığından danışarkən, turnirlə vaxtından əvvəl vidalaşmaq niyyətində olmadıqlarını deyib:
“Hər komanda qələbəyə oynamalıdır, bu bizə də aiddir. Biz çantalarımızı tez yığmayacağıq, amma 6 həftə üçün kifayət qədər hazırlıqlı olacağıq – hətta alt paltarına qədər!”
O, həmçinin, Almaniya millisinin turnirdə necə görünməsini istədiyini də vurğulayıb:
“İnsanlar desə ki, “bəli, bu, əsl alman komandası idi”, onda biz çox məmnun qalacağıq”.
Yayda keçiriləcək dünya çempionatında E qrupunda mübarizə aparacaq Almaniya millisi Kurasao, Fil Dişi Sahili və Ekvadorla qarşılaşacaq.
Almanlar ilk oyununu iyunun 14-də, Kurasao millisinə qarşı keçirəcək.

