Emin Ağalarov yeni stadionun təqdimatında – FOTOLAR

22:40 Hadisə 150
Emin Ağalarov yeni stadionun təqdimatında – FOTOLAR

Bakıda inşa olunacaq “Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə iş adamı Emin Ağalarov, “FN Sports & Development” şirkətinin rəhbəri Həmid Fərəməzov, AFFA və Peşəkar Futbol Liqasının rəsmiləri, klub prezidentləri, veteran futbolçular və jurnalistlər iştirak edib.

Əvvəlcə layihə barədə məlumat verilib. Bildirilib ki, arena daxilində 10 min tamaçaçı tutumuna malik stadionda klub və yığmaların iştirakı ilə oyunlar, təlim-məşq toplanışları təşkil olunacaq.

Burada təkcə futbol deyil, MMA, cüdo, güləş və s. idman növləri üzrə yarışlar və məşqlər keçiriləcək.

Video-təqdimatdan sonra Ağalarov və Fərəməzov arenanın inşasına başlanılmasını nəzərdə tutan müqaviləni imzalayıblar.

Daha sonra qonaqlar çıxış edərək, layihəyə xeyir-dua veriblər. (sportnet)

Azərbaycanın futbol elitası yeni stadionun təqdimatında - FOTOLAR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti