Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gələn «İmişli» ikinci ilinə hazırlaşır.
Aran təmsilçisi transfer bazarında sakit dayanmır.
Növbəti mövsümün planlarını quran debütant diqqəti əsasən yerli bazara yönəldib.
Ötən ilin yayında «Sabah»dan düşərgəyə cəlb olunmuş Tuncay Yusifli ilə müqavilənin müddəti yenilənib. 2025-ci il təvəllüdlü müdafiəçi artıq 2029-cu ilədək bölgə təmsilçisinə məxsusdur.
Gənclər yığmasına da dəvət almış arxa xətt oyunçusuna son günlərə kimi bir neçə klubun maraq göstərməsini də qeyd edək.
Sadəcə, o, perspektivini İmişli rayonunun eyniadlı komandasında gördüyü üçün burada qalmağa üstünlük verib.
SPORTİNFO.AZ

